Səbətiniz boşdur
 

91 məhsul

QİYMƏT

Min:
Max:

XƏZ NÖVÜ

ÖLÇÜ

RƏNG

Feminadan “Xəz+Gəz= Həzz” kampaniyası!

Feminadan “Xəz+Gəz= Həzz” kampaniyası!

Feminadan fərqli yenilik!

"Femina" Xəz-dəri Qalereyası dəyərli müştərilərini düşünərək 15 iyundan başlayaraq 31 avqust tarixinə kimi davam edəcək “Xəz+Gəz= Həzz” adlı möhtəşəm kampaniyaya start verir. Feminadan xəz alan hər bir müştəri yay istirahəti üçün hədiyyə kuponu qazanacaq.  Müştəri kampaniya çərçivəsində əldə etdiyi kuponla təyin olunmuş vaxt ərzində Azərbaycanın dilbər güşələrində, 5 ulduzlu otellərin birində ödənişsiz olaraq ailəvi (valideynlər və 2 uşaq, 0-3 yaşa kimi 1 uşaq, 3-12 yaşa kimi 1 uşaq) 2 gecə 3 gün istirahət etmək hüququ qazanacaq. Feminadan keyfiyyətli və dəbli xəz əldə etməklə nəinki qışda sizi soyuqdan qoruyacaq qış geyim əldə etmiş olacaqsız, həmçinin ailənizlə birlikdə yay istirahətinizi maraqlı, yadda qalan keçirə biləcəksiniz. Əldə edəcəyiniz kuponla aşağıdakı xidmətlərdən pulsuz istifadə edə biləcəksiniz:

  • Açıq və qapalı hovuzlardan istifadə
  • Uşaq əyləndirmə xidmətindən istifadə
  • Ödənişsiz parkinq xidmətindən istifadə
  • Yüksək sürətli internet xidmətindən istifadə
  • Otelin disko və ya digər ictimai əyləncə məkanlarına ödənişsiz daxil olma

 

Hədiyyə kuponunun alınma və istifadə mərhələləri:

  • Müştəri xəz alır 
  • Qeydiyyat şöbəsində müştəri qeydiyyata alınır
  • Müştəri özünün və istirahətə gedəcək 2-ci şəxsin ş\v və uşaqların doğum haqda şəhadətnamələrini təqdim edir (əgər hal-hazırda özləri ilə gətirməyiblərsə, 3 gün ərzində təqdim etməlidir)
  • Müştəriyə hədiyyə kuponu və 200 AZN dəyərində bonus kartı (ancaq Feminadan alınacaq xəz üçün istifadə edilə bilər) təqdim olunur
  • Kupondan və bonus kartından yalnız sahibi istifadə edə bilər
  • Müştəri bu hədiyyə kuponu ilə istirahət üçün nəzərdə tutulmuş məkanın baş ofisi ilə əlaqə yaradaraq (istirahətə gedəcək gündən ən azı 48 saat əvvəl) istirahət üçün qərarlaşdırdığı günləri bildirir
  • Baş ofis əməkdaşları tarixi dəqiqləşdirir və məlumatları qeydə alır
  • Bron ancaq 24 saat əvvəl dəyişdirilə və ya ləğv oluna bilər
  • Bron olunmuş vaxta istifadə edilməyən hədiyyə kuponu etibarsız sayılır
  • Kupon istifadə edildikdən sonra müəyyən olunmuş vaxtda xəz geri qaytarılarsa, Femina tərəfindən müştərinin istirahəti üçün çəkilmiş bütün xərclər xəzin qiymətindən çıxılacaq
  • Kupon heç bir pul dəyərinə malik deyil və bu kuponu pul qarşılığında geri qaytarmaq olmaz
  • İtirilmiş, məhv olmuş və ya zədələnmiş, həmçinin son istifadə tarixi keçmiş və istifadə edilməmiş
  • Bu kupondan istifadə qaydaları və şərtləri xəbərdarlıq edilmədən dəyişdirilə bilər
  • Bu kuponun satışı və verilmiş kuponda qeyd olunmuş şəxslərdən başqasının istifadəsi qadağandır

 

Kampaniyadan yararlanmağa tələsin! Kampaniya müddəti məhduddur.

Əlaqə: (Bütün operatorlardan): *1000

 

 

Xəz geyimlərin ünvana vaxtında çatdırılması

Xəz geyimlərin seçilməsində peşəkar məsləhətləri

v>

BİZİ İZLƏYİN